"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

NATO Müdafiə Kolleci dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir 17 Dekabr 2012 09:00

NATO Müdafiə Kolleci ali kursunun 83 nəfərdən ibarət dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir.

Müdafiə naziri Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib 17 Dekabr 2012 09:00

Dekabrın 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristovanı qəbul edib.

Monitorinq baş tutdu 14 Dekabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub qərbində yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 13 Dekabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub qərbində yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının müdafiə naziri Moskvaya yola düşüb 10 Dekabr 2012 09:00

Dekabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri müdafiə şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə toplantı keçirilib 7 Dekabr 2012 09:00

Noyabrın 7-də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə toplantı keçirilib.

Monitorinq baş tutdu 5 Dekabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 5-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 4 Dekabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 5-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 30 Noyabr 2012 09:00

“Əməliyyat imkanları konsepsiyasının məlumat bazası” adlı treninq 04-06.12.2012Şvarzenburq, İsveçrə Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu 05-06.12.2012Brüssel, Belçika Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən05-07.12.2012 “VIKING 14” kompüter dəstəkli komanda-qərargah təliminin ilkin planlaşdırma konfransı Stokholm, İsveç Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı07.12.2012 Bakı, Azərbaycan “Avrasiya tərəfdaşlığının zirvəsi” mövzusunda seminarlar 10-14.12.2012Souda körfəzi, Yunanıstan NATO Müdafiə Kollecinin nümayəndələrinin Azərbaycana səfəri 16-18.12.2012Bakı, Azərbaycan 5-ci Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Hərbi Dialoq İclası 17-20.12.2012Ankara, Türkiyə.

Monitorinq baş tutdu 28 Noyabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 28-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.