Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2020 18:25

Ön xətdə yerləşən bölmələrdə silsilə tədbirlər təşkil edilib

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən ön xətdə yerləşən bölmələrdə Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.
Bayram tədbirlərində iştirak edən hərbi qulluqçulara Azərbaycan Ordusunun yaranma tarixi ilə bağlı ətraflı məlumatlar verilib, videoçarxlar nümayiş olunub, viktorina, məntiq, musiqi və idman yarışları keçirilib. Qaliblərə döş nişanları və müxtəlif hədiyyələr təqdim olunub.
Təşkil edilmiş tədbirlər çərçivəsində “Əsgər məktubu” layihəsi keçirilib.