Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2020 15:00

"Azərbaycan Ordusu" qəzeti № 38 (2456)

Bayramın mübarək, Vətən əsgəri!
Müasir Azərbaycan Ordusu Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisi olsa da, o, nizami ordu kimi Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra yaradıldı, böyük tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən nizami ordu kimi formalaşdırıldı...
Həyata keçirilən irimiqyaslı islahatlar, müxtəlif təyinatlı müxtəlif miqyaslı təlimlər Azərbaycan Ordusunun döyüş hazırlığını yüksəltmişdir. Həyata keçirilən eyni mahiyyətli müxtəlif tədbirlər ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsinə əsaslı təsir göstərmişdir.
2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnütdə qazanılan qələbələr ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu, ictimaiyyətin orduya güvəncini, inamını artırdı. Aprel döyüşlərinin hərbi dəyərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə ifadə edib: "Aprel  döyüşləri hərbi dərsliklərə salınmalıdır...". Bu qüruru çağırışçılar da, yeniyetmələr də böyük qürurla yaşayır. O illərin yeniyetmələri indi hərbi xidmətdədir. Ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərimizin düşüncələri bu günün çağırışçılarına vətənpərvərlik tövsiyəsidir...
Dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusunun şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmrini Böyük Qələbəylə tamamlamağa, torpaqlarımızı işğaldan azad etməyə qadirdir...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı