"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb 24 Dekabr 2013 09:00

Dekabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

NATO-nun Ekspert Qrupu Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə Ekspert Qərargah görüşü keçirib 21 Dekabr 2013 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2013-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən dekabrın 17-19 tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Ramşteyn Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə Ekspert Qərargah görüşü keçirib.

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib 20 Dekabr 2013 09:00

Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Azərbaycan Respublikasının Müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib 19 Dekabr 2013 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib.

Azərbaycan Respublikasının Müdafiə naziri Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib 19 Dekabr 2013 09:00

Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönyeni qəbul edib.

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisini qəbul edib 18 Dekabr 2013 09:00

Dekabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisi korpus generalı Alpaslan Erdoğanı qəbul edib.

Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib 18 Dekabr 2013 09:00

Dekabrın 17-də Bakı şəhərində Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilmişdir.

Monitorinq baş tutdu 18 Dekabr 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 18-də Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 17 Dekabr 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Məlumat 14 Dekabr 2013 09:00

Son günlər Silahlı Qüvvələrlə bağlı mətbuatda yenə müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazılar dərc olunur.