"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Akademiyasının rəisini və "Roketsan" şirkətinin nümayəndə heyətini qəbul edib 5 Fevral 2014 09:00

Fevralın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Akademiyasının rəisi briqada generalı Recep Sami Özatakı və "Roketsan" şirkətinin baş direktoru cənab Selçuk Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının Müdafiə naziri Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 4 Fevral 2014 09:00

Fevralın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib 4 Fevral 2014 09:00

Fevralın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçiki qəbul edib.

Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar 4 Fevral 2014 09:00

Orta məktəb şagirdləri arasında hərbi-vətənpərvərlik şüurunun formalaşması və gənclərin çağırışaqədərki hazırlığının təşkili məqsədilə Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar.

Silahlı Qüvvələrimizin nümayəndələri NATO tədbirlərində 1 Fevral 2014 09:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq fevralın 3-dən 6-dək Varşava şəhərində (Polşa) NATO Təlimlərinin sinxronlaşdırılması konfransı, fevralın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi" kursu və Azərbaycan-ABŞ iş planına əsasən Sofiya şəhərində (Bolqarıstan Respublikası) "Saber Guardian-2014" təliminin yekun planlaşdırma konfransı keçiriləcək.

Azərbaycan Respublikasının Müdafiə naziri İtaliya Respublikasının və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib 31 Yanvar 2014 09:00

Yanvarın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri cənab Campaolo Kutillonu və xanım Haydrun Tempeli qəbul edib.

Azərbaycan Respublikasının Müdafiə naziri Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib 30 Yanvar 2014 09:00

Yanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zoran Vayoviçi qəbul edib.

Şəhid leytenant Səbuhi Rüstəm oğlu Əzizov Vətən torpağına əmanət edildi 29 Yanvar 2014 09:00

Yanvarın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi ətəşə tutması nəticəsində döyüş növbəsində xidməti vəzifələrini yerinə yetirərkən şücaət göstərərək şəhid olmuş leytenant Səbuhi Əzizov dünən doğulduğu Qobustan rayonunun Təkləmirzəbaba kəndində uğrunda canını qurban verdiyi Vətən torpağına əmanət edildi.

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq Planı imzalanıb 28 Yanvar 2014 09:00

Yanvarın 28-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində "Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr"i keçirilib.

Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi əsgərlərimiz tərfindən ələ keçirilib 28 Yanvar 2014 09:00

Müdafiə Nazirliyi bildirir ki, bu gün saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.