"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Cəbhə bölgəsindəki hərbi hissələrdə döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilir 6 May 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən birliklərdə döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilir.

Monitorinq baş tutdu 6 May 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 6-də Tərtər rayonu Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb 5 May 2014 09:00

Mayın 5-də Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başlayıb.

Azərbaycan Respublikasının Müdafiə naziri Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb 5 May 2014 09:00

Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 may Faşizm üzərində Qələbənin 69-cu ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.

Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan Respublikasına rəsmi səfərə gələcək 5 May 2014 09:00

Mayın 6-da Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç Azərbaycan Respublikasına rəsmi səfərə gələcəkdir.

Müdafiə Nazirliyi ilə NATO-nun ekspertlər qrupu arasında İşçi görüşü keçiriləcək 5 May 2014 09:00

Mayın 6-da Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO-nun Beynəlxalq Qərargahının ekspertlər qrupu arasında Planlaşdırma və Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə İşçi görüşü keçiriləcəkdir.

Təmas xəttində monitorinq keçiriləcək 5 May 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 6-də Tərtər rayonu Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 5 May 2014 09:00

Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən mayın 6-dan 14-dək Kaunas şəhərində (Litva) Kimya, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kursu keçiriləcək.

Silahlı Qüvvələrin taborunun NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək 3 May 2014 09:00

5-8 may tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcəkdir.

Məlumat 3 May 2014 09:00

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvlərinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb.