Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - VİDEO 11 Yanvar 2019 15:20

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib 11 Yanvar 2019 11:46

Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.

“Vətənə xidmətinə görə sağ ol!” adlı hərbi xidmətdən yola salma mərasimi keçirilib 10 Yanvar 2019 11:41

Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılmaları ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yola salma mərasimi keçirilib.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb 10 Yanvar 2019 10:11

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim edilib - VİDEO 9 Yanvar 2019 21:05

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

Hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir 9 Yanvar 2019 15:30

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanış keçirilir.

Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib 9 Yanvar 2019 14:00

Hərbi hissələrdən birində əsgər kitabxanalarına bədii ədəbiyyat kitabları təqdim edilib.

Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib 9 Yanvar 2019 12:57

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək 9 Yanvar 2019 11:40

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib.

"Azərbaycan Ordusu" qəzeti 9 yanvar 2019-cu il №2 (2319) 9 Yanvar 2019 11:30

Bu həsrətin son nəfəsi - Qələbə!..Ön xətdə, döyüş növbətçiliyi aparan əsgərlərin döyüş ruhunu görürsən, qələbə əzmini görürsən, mənəvi-psixoloji hazırlığını görürsən, bir daha əmin olursan ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir; əsgərlərin əhatəsində ruhun da əsgərləşir...davamıHeydər Əliyev irsi və azərbaycançılıq ideologiyasıAzərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının ulu öndəri, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.