Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi qulluqçuların qanvermə aksiyasında iştirakı davam edir 24 Aprel 2020 10:02

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə qoşulan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aksiyada iştirakı davam edir.

Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır 23 Aprel 2020 20:05

Əlahiddə Ümumqoşun Orduya yeni təminat avtomobilləri təqdim edilib Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Minaatan batareyaları döyüş atışları icra edir - VİDEO 23 Aprel 2020 14:30

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilir 23 Aprel 2020 11:31

2020-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilir.

Naxçıvan Qarnizonunda hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilir - VİDEO 22 Aprel 2020 17:10

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvan Qarnizonunda hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri uğurla davam etdirilir.

"Azərbaycan Ordusu" qəzeti № 26 (2444) 22 Aprel 2020 09:57

Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilibAprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

ZTR ekipajlarının döyüş hazırlığı yüksəldilir - VİDEO 21 Aprel 2020 17:16

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorlar (ZTR) və digər təkərli döyüş maşınlarının ekipajlarının döyüş hazırlığı yüksəldilir.

Göstərilən diqqətə görə minnətdaram! - VİDEO 21 Aprel 2020 13:20

Müdafiə Nazirliyinin nümayəndələri 25 ildən artıq Hərbi Nəşriyyatda çalışan Rəna Mahmudovanın 70 illik yubileyi münasibətilə onu evində ziyarət ediblər.

Silah və hərbi texnikanın yay istismar rejiminə keçirilməsi prosesi aparılır - VİDEO 21 Aprel 2020 11:35

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.

Hərbi qulluqçulara pul əvəzinə ərzaq verilməsi davam edir - VİDEO 20 Aprel 2020 17:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun şəxsi heyəti və onların ailə üzvlərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, o cümlədən ərzaq təminatının gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə bu istiqamətdə fəaliyyətlər davam etdirilir.