Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2021 08:43

"Azərbaycan Ordusu" qəzeti № 25 (2533)

Erməni vandalizminin qanlı əməlləri

Özlərinin güclü havadarlarına arxalanan ermənilər zaman-zaman xalqımıza qarşı soyqırımı və qırğınlar törədiblər. XX əsrin əvvəllərində - 1905-ci ildə, həmçinin 1918-ci ildə mart soyqırımı, əsrin sonunda - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı. Tarixin yaddaşına həkk olunmuş bu qanlı salnamələr bütün türk dünyası, həmçinin bəşəriyyət üçün bir ibrət dərsidir. Erməni vəhşiliyini göstərən danılmaz tarixi faktlardır...davamı



Nəcəfov qardaşları - qalib, qazi, şəhid

44 günlük müharibə ərəfəsində gözümüzü ekranlardan yığmadıq, saytları, qəzetləri davamlı izlədik. Gündəlik xəbərlərdən hali olmaq üçün bəzən gecəni səhərə qədər yatmadıq. Müharibənin gətirdiyi ağrı-acıya rəğmən qələbəmizə inandıq, bu inamla yaşadıq. Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalq-ordu birliyi qələbəyə gedən yolları hər gün daha da yaxınlaşdırırdı. Gələn şəhid xəbərləri insanları ruhdan salmadı. Şəhid varsa, torpaq da var, Vətən də, Şəhidlərə ölüm yoxdur Vətəndə! - şüarı ilə insanlar şəhidini qarşılayıb böyük ehtiramla əbədiyyətə yola saldılar: alqışlarla, fəxarətlə. Ailələrin qəhrəmanını hansı əhvalla qarşılayıb yola salmalarını müşahidə etdikcə bir daha əmin oldum ki, bu xalqın qürurunu, birliyini, əzmini sındırmaq olmaz. Bu xalq ruhən qalibdir və zəfər onun haqqıdır...davamı




Vətən müharibəsində ermənilərin xülyasına son qoyuldu

1993-cü il yazın ilk ayı idi. Gərgin döyüşlər gedirdi. Düşmən bütün var-gücü ilə Tərtər rayonunu işğal etməyi qarşısına məqsəd qoymuşdu. Ön cəbhədə döyüşən əsgərlər erməni vandallarının amansız hücumlarının qarşısını qətiyyətlə alırdılar...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı