AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-dan Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.
Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” layihəsinin növbəti tədbiri keçirildi.
Hərbçilərimizin “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlığı davam edir.
"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən hakimlər komissiyasının və komandaların üzvləri tapşırıqların yerinə yetiriləcəyi ərazi və təlim-məşq qurğusuna baxış keçirib.
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ilk çıxışlarını təqdim edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin başlaması ilə bağlı iştirakçılar üçün brifinq keçirilib.