Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2021 12:51

"Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində komandamız ilk çıxışını təqdim edib

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ilk çıxışlarını təqdim edib.
Müsabiqənin birinci günü "Vokal ustalığı" və "İnstrumental janr" mərhələləri üzrə yekunlaşıb
Hakimlər tərəfindən qiymətləndirmə zamanı iştirakçıların peşəkarlığı və ifa qabiliyyəti nəzərə alınıb.
Müsabiqədə solistlərimizin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Azərbaycan xalq çalğı alətlərində hərbçilərimizin çıxışı hakimlərin və zala toplaşanların böyük marağına səbəb olub.