"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib 23 Avqust 2012

Avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Monitorinq baş tutdu 23 Avqust 2012

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqust 23-də Azərbaycan Respublikasının Ağdam rayonu Mirəşelli kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 22 Avqust 2012

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqust 23-də Azərbaycan Respublikasının Ağdam rayonu Mirəşelli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi rəisinin açıqlaması 16 Avqust 2012

Avqustun 6-da Naxçıvandakı N saylı hərbi hissədə hemorragik vaskulit xəstəliyindən vəfat edən əsgər Tayfur Bəyovla bağlı yanlış məlumatlar meydana atıldıqdan sonra bəzi «hərbi ekspertlər» və «yazarlar» dünyasını dəyişən əsgərlərin guya daxili orqanlarının götürülməsi barədə mövzunu gündəmdən çıxarmaq istəmirlər.

Müdafiə nazirinə teleqram 16 Avqust 2012

Dünyasını dəyişmiş əsgər Tayfur Bəyovla bağlı Müdafiə Nazirliyinə qarşı kampaniya davam edir.

Müdafiə naziri ABŞ-ın  Oklahoma Ştatı Milli Qvardiyasının komandanını qəbul edib 14 Avqust 2012

Avqustun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib.

38 hərbi qulluqçuya mənzil orderi təqdim edilib 6 Avqust 2012

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci ildə imzalanmış fərmanına uyğun olaraq bu gün daha 38 hərbi qulluqçuya mənzillərin orderləri təqdim edilib.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 31 İyul 2012

Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən 08.08.2012-19.06.2013 Birləşmiş Komandanlıq və Baş Qərargah kursu Tartu, Estoniya Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 13-17.08.2012 Xüsusi maneələri dəf etmə üzrə komando təlimatçı kursu Eğirdir/Sparta, Türkiyə Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən 20.08-21.12.2012 Beynəlxalq ingilis dili kursu Vilnus, Litva “Oborona i zaşita” 7-ci beynəlxalq sərgi 22-25.08.2012Nijniy Taqil, RF Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən 26.08.2012-29.06.2013 Qərargah kursu Lahor, Pakistan Mülki-hərbi əməkdaşlıq üzrə səhra mütəxəssisi kursu 27.08-07.09.2012 Enschede, Niderland Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən 27.08-16.11. 2012 Komando təməl kursu Eğirdir/Sparta, Türkiyə .

Müdafiə naziri Fransanın fövqəladə və səlahiyyətli səfirini qəbul edib 31 İyul 2012

İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib.

Monitorinq baş tutdu 25 İyul 2012

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 25-də Azərbaycan Respublikasının Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.