Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 2021 12:30

Şəhidlərin əziz xatirəsi anılıb - VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn iki qardaş - Bəhrəm və İman Məmmədzadələrin xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları, Qarabağ müharibəsi əlilləri, hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şəhid qardaşların qısa və şərəfli döyüş yollarından, onların Vətən müharibəsində göstərdikləri cəsarətlərindən danışıblar. Vurğulanıb ki, Bəhrəm və İman qardaşları kimi oğullar hər zaman xalqımızın yaddaşında yaşayacaqdır.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin vətənpərvərlik mövzusunda ifaları olub.