Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO 5 Sentyabr 2020 20:11

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilmişdir.

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub 5 Sentyabr 2020 19:43

Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Müdafiə naziri “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib 5 Sentyabr 2020 18:07

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib.

"Azərbaycan Ordusu" qəzeti № 55 (2473) 5 Sentyabr 2020 10:37

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş 4 Sentyabr 2020 21:05

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib - VİDEO 4 Sentyabr 2020 18:19

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi sentyabrın 4-də Bakı limanını tərk edib.

Azərbaycanın Müdafiə naziri Moskvada keçirilən Müdafiə nazirlərinin görüşündə iştirak edib 4 Sentyabr 2020 17:05

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Bakıda “Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - VİDEO 4 Sentyabr 2020 15:47

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsinin sentyabrın 4-də bağlanış mərasimi keçirilib.

Naxçıvanda hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması diqqət mərkəzindədir - VİDEO 4 Sentyabr 2020 13:12

Naxçıvan Qarnizonu Qoşunlarında xidmət keçən hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması işi daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında birinci yerə layiq görülüb 3 Sentyabr 2020 20:06

“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada keçirilən “Sərhədsiz dostluq” Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edib.