Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları dövlət sərhədimizi keçib və ərazilərimizdə minalama işlərini aparmağa cəhd göstərib 27 May 2021 11:39

Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

Ermənistan tərəfi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb 27 May 2021 08:34

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

General-mayor Akim Abbasovun 110 illiyinə həsr olunmuş tədbir keçirilib - VİDEO 26 May 2021 19:49

Mayın 25-də görkəmli hərbi və ictimai-siyasi xadim general-mayor Akim Abbasovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirilib - VİDEO 26 May 2021 18:15

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə növbəti komandir hazırlığı məşğələsi keçirilib.

Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək 26 May 2021 17:00

28 may - Respublika Günü münasibətilə Azərbaycan Ordusunda yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə tədbirlər keçiriləcək.

"Azərbaycan Ordusu" qəzeti № 40 (2548) 26 May 2021 16:30

Tariximizin ən şanlı, ən parlaq səhifəsiQədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycanda xalqımız azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb.

Müdafiə Nazirliyinin məlumatı 26 May 2021 13:06

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

“Anatolian Phoenix-2021” beynəlxalq təlimi davam edir 26 May 2021 12:25

Türkiyə Respublikasının Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Vətən müharibəsi zamanı düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntüləri – VİDEO 26 May 2021 10:40

Müdafiə Nazirliyinin məlumatı 25 May 2021 18:23

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb.