Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2022 16:15

Türkiyənin milli müdafiə nazirinin Azərbaycana səfəri başa çatıb - VİDEO

Mayın 29-da Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.
Türkiyə Respublikasının Baş Qərargah rəisi və qüvvə komandanlarının da iştirak etdiyi səfər çərçivəsində nümayəndə heyəti bir neçə hərbi hissədə olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar silahlanmada olan hərbi texnika, eləcə də tədris sinifləri və digər hərbi obyektlərdə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçularla görüşən hər iki ölkənin hərbi rəhbərləri onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Azərbaycanın müdafiə naziri qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salıb.