Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2022 10:02

İtalyan dili kursunu bitirən məzunlara sertifikatlar təqdim olunub

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda orta səviyyəli italyan dili kursunun başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.
Mərasimdə İtaliya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi Ettore Qaqliardi də iştirak edib.
Çıxış edənlər Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.