Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - VİDEO 5 İyun 2022 15:12

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib.

Həftəlik icmal (29.05.2022 - 05.06.2022) - VİDEO 5 İyun 2022 13:52

Milli Müdafiə Universitetinin kursantları təltif olunublar 4 İyun 2022 14:54

Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları Milli Müdafiə Universitetində təltif olunublar.

"Azərbaycan Ordusu" qəzeti № 42 (2653) 4 İyun 2022 14:10

Tarixi torpaqlarımızda mühəndis təminatı uğurla yerinə yetirilirMüzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında şanlı ordumuzun qazandığı qələbə ilə işğaldan azad olunan tarixi ərazilərimizdə mühəndis tapşırıqları uğurla yerinə yetirilir...davamıHərbi təhsil sistemində islahat tarixi zərurətin nəticəsidirVətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi.

Hərbi qulluqçuların "Texnofest Azərbaycan"da iştirakı yüksək qiymətləndirilib 4 İyun 2022 13:28

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırıb.

Quru Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib - VİDEO 4 İyun 2022 12:45

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib 4 İyun 2022 10:25

İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Topoqrafların döyüş hazırlığı yoxlanılıb - VİDEO 3 İyun 2022 16:35

2022-ci ilin hazırlıq planına uyğun olaraq, N nömrəli topoqrafiya hərbi hissəsində döyüş hazırlığı yoxlanılıb.

Dəniz piyadalarının hazırlığı davam edir - VİDEO 3 İyun 2022 11:31

Hərbi Dəniz Qüvvələrində dəniz piyadalarının "SAT xüsusi təyinatlı kursu" keçirilir.

Ermənistan tərəfi dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır 3 İyun 2022 10:27

İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.