Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2022 11:31

Dəniz piyadalarının hazırlığı davam edir - VİDEO

Hərbi Dəniz Qüvvələrində dəniz piyadalarının "SAT xüsusi təyinatlı kursu" keçirilir.
Kurs ərzində hərbi qulluqçular fiziki və psixoloji dayanıqlılıqlarının yoxlanılması üzrə müxtəlif tapşırıqları yerinə yetirirlər.
Gecə və gündüz ən çətin şəraitdə belə iştirakçıların dözümlülüyünün artırılması məqsədilə qarşıya qoyulan bütün tapşırıqlar uğurla icra olunur.
"SAT xüsusi təyinatlı kursu" oktyabrın 22-dək davam edəcək.