Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2022 12:45

Quru Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.
Təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri senariyə uyğun olaraq aşkar olunan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər.
Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə qabiliyyətini və şəxsi heyətin praktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.
Döyüş atışlı taktiki təlimlərdə qarşıya qoyulan tapşırıqlar bölmələr tərəfindən müvəffəqiyyətlə icra olunub.