Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir - VİDEO 4 Avqust 2022 12:52

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.

Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir 4 Avqust 2022 10:15

Müdafiə nazirinin tapşırığına əsasən yeni tədris dövrünün başlanması ilə əlaqədar olaraq Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşlər keçirilib.

Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib - VİDEO 3 Avqust 2022 19:04

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib.

"Azərbaycan Ordusu" qəzeti № 59 (2670) 3 Avqust 2022 12:44

Yüksək döyüş hazırlığı ilə Vətən sevgisinin vəhdəti hər zaman qələbəyə aparır İstər pre-konflikt, konflikt, istərsə də post-konflikt dövründə istehkamçıların üzərinə böyük və məsuliyyətli vəzifə düşür.

Müdafiə Nazirliyinin məlumatı 3 Avqust 2022 11:40

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Raket və Artilleriya Qoşunlarında yeni tədris dövrünün məşğələləri keçirilir - VİDEO 3 Avqust 2022 10:21

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

Azərbaycan Respublikasının müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub 2 Avqust 2022 19:25

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ölkəmizə qayıdıblar 2 Avqust 2022 12:18

Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar.

Hərbi liseyin 50 illik yubileyinə həsr edilən Azərbaycan kuboku uğrunda futbol yarışları başa çatıb - VİDEO 1 Avqust 2022 19:08

Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə C.Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr edilən futbol üzrə Azərbaycan kubokunun final mərhələsi keçirilib.

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb – VİDEO 1 Avqust 2022 18:37

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.2022-ci il üzrə təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar mərasimlər keçirilib.Mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələblərini, Azərbaycan Ordusunun qarşıda duran vəzifələri, eləcə də digər məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar.Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək.