Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Qalib Ordunun əsgəri olmaq böyük şərəfdir!” adlı tədbir keçirilib 17 İyul 2021 16:13

Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağrılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələr ölkəmizdə uğurla həyata keçirilir.

“Zəfər bayrağımız etibarlı əllərdədir!” adlı tədbir keçirilib 17 İyul 2021 15:58

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ötən il sentyabrın 27-də respublikamızın ərazi bütövlüyünün bərpası və işğal edilmiş tarixi torpaqlarımızın azad olunması uğrunda “Dəmir Yumruq” əməliyyatı ilə başladığımız Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb.

"Azərbaycan Ordusu" qəzeti № 55 (2563) 17 İyul 2021 10:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsiMövzu:

Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutulub 17 İyul 2021 09:31

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə naziri İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb 16 İyul 2021 18:07

İyulun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

Müdafiə Nazirliyi: “İki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür” 16 İyul 2021 14:03

İyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Ağdam rayonu ərazisində növbəti yeni hərbi hissənin açılışı olub - VİDEO 16 İyul 2021 10:24

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub 15 İyul 2021 18:19

İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə naziri Əfqanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb 15 İyul 2021 13:58

İyulun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Amanullah Ceyhun ilə görüşüb.

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub. Cavab atəşi açılıb 15 İyul 2021 08:37

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.