Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2022 15:12

Pakistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetində olub

Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli İdarəetmə Kollecində təhsil alan Pakistan Hökumətinin yüksək rütbəli dövlət qulluqçularından ibarət nümayəndə heyəti Milli Müdafiə Universitetində olub.
Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinə Milli Müdafiə Universiteti və İkinci Qarabağ müharibəsi haqqında geniş brifinq təqdim edilib.
Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee də görüşdə iştirak edib.
Sonda xatirə şəkli çəkdirilib.