Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2022 14:30

İran hərbi nümayəndə heyəti Ağdam rayonunda olub

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Ağdam rayonunda olub.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfərdə qonaqlar azad edilmiş ərazilərdə işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş vandalizmin nəticələri və dağıntıları ilə tanış olublar. Onlara dağıdılmış tarixi abidələrimiz və yaşayış məntəqələrimiz, eləcə də həmin ərazilərdə dövlətimiz tərəfindən aparılan sürətli yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyətinin işğaldan azad olunan ərazilərə səfəri davam edir.