Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bakıda NATO-nun təlim kursu keçirilir 9 Sentyabr 2022 13:00

Bakıda NATO-nun "Sülh və təhlükəsizlik naminə elm proqramı" çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün "Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu" keçirilir.

Müdafiə naziri Türkiyə kontingentinin rəhbəri ilə görüşüb 9 Sentyabr 2022 11:23

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-mayor Abdullah Katırcını qəbul edib.

Ordumuzun mövqeləri atəşə tutulub 9 Sentyabr 2022 10:05

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

“TurAz Qartalı-2022” təlimi davam edir - VİDEO 8 Sentyabr 2022 18:01

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi davam edir.

Azad edilmiş ərazilərimiz erməni minalarından təmizlənir - VİDEO 8 Sentyabr 2022 16:01

Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub 8 Sentyabr 2022 09:08

Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

“TurAz Qartalı-2022” təlimində növbəti uçuşlar icra olunub 7 Sentyabr 2022 20:00

Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub 7 Sentyabr 2022 19:04

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.

Laçında mülki şirkətə məxsus ekskavator atəşə tutulub - VİDEO 7 Sentyabr 2022 15:14

Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar aparılıb 7 Sentyabr 2022 10:49

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hər iki qurum arasında danışıqlar keçirilib.