Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2022 11:23

Müdafiə naziri Türkiyə kontingentinin rəhbəri ilə görüşüb

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-mayor Abdullah Katırcını qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.
Müdafiə naziri general-mayor A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.