Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2022 18:01

“TurAz Qartalı-2022” təlimi davam edir - VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi davam edir.
Plana uyğun olaraq bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlarla uçuş edən hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.
Birgə taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.