Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“TurAz Qartalı-2022” təlimində iştirak edən heyət Türkiyəyə qayıdıb 11 Sentyabr 2022 17:31

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb.

Hərbi Tibb Fakültəsində andiçmə mərasimi keçirilib 11 Sentyabr 2022 15:54

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib.

Hərbi İnstitutda andiçmə mərasimi keçirilib 11 Sentyabr 2022 14:55

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirilib.

"Komando başlanğıc kursu"nu bitirənlərə sertifikatlar təqdim olunub - VİDEO 11 Sentyabr 2022 14:02

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutulub 11 Sentyabr 2022 09:49

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

“TurAz Qartalı-2022” təlimində iştirak edən aviasiya vasitələri Türkiyəyə qayıdıb 10 Sentyabr 2022 14:12

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Türkiyəyə qayıdıb.

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib 10 Sentyabr 2022 10:15

Sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Sutka ərzində mövqelərimiz bir neçə dəfə atəşə tutulub 10 Sentyabr 2022 08:59

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

"Turaz Qartalı - 2022" təlimi başa çatıb - VİDEO 9 Sentyabr 2022 19:34

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi başa çatıb.

"Azərbaycan Ordusu" qəzeti № 70 (2681) 9 Sentyabr 2022 15:22

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi Mövzu: