Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2022 15:54

Hərbi Tibb Fakültəsində andiçmə mərasimi keçirilib

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra kursantlar sıra meydanında təntənəli surətdə Vətənə sədaqət andı içiblər.
Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov kursantları təbrik edərək onlara təhsildə və xidmətdə uğurlar arzulayıb.
Digər  çıxış edənlər gələcəyin hərbi həkimlərinə Vətənə, xalqa və Hərbi anda sadiq olmağı,  nizam-intizamla xidmət etməyi tövsiyə ediblər.
Andiçmə mərasimindən  sonra valideynlər kursantlar üçün yaradılan şəraitlə tanış olublar.