AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.
Azərbaycan Ordusunda 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi manqasının komandirləri və operatorlarının hazırlığı üzrə toplanış keçirilib.
Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Şəhnin Novruzovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
2 Fevral - Gənclər Günü münasibətilə tədbirlər keçirildiHeydər Əliyev adına Hərbi İnstitutun və Bakı Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirildi...davamıAzərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsiMövzu:
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində cari ilin 23 yanvar - 2 fevral tarixlərində Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin iştirakı ilə "Partlayış təhlükələri haqqında məlumatlandırma üzrə təlim kursu" keçirilib.