AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti fevralın 26-sı Xocalı soyqırımı abidəsini ziyarət edib.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində anım mərasimi keçirilib.
Müasir Azərbaycan Ordusunun qurucusuTək-tək xalqlar var ki, onların ictimai-siyasi həyatında görkəmli şəxsiyyətlər olur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
2017-ci il fevral ayının 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
2023-cü ilin hazırlıq planına uyğun olaraq şəxsi heyətin maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.