Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2023 12:57

Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir

2023-cü ilin hazırlıq planına uyğun olaraq şəxsi heyətin maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.
Məşğələlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər şəxsi heyətə çatdırılır, dövlətimizin başçısının diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir.
Azad olunan ərazilərdə xidmət edən hərbi qulluqçularla aparılan söhbətlər zamanı bu ərazilərin tarixindən, o cümlədən Vətən müharibəsi və müharibədən sonrakı illərdə düşmən təxribatlarının qarşısını almaq məqsədilə aparılan hərbi əməliyyatlarda qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.
Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.