Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2023 19:15

Hərbi qulluqçuların səyyar stomatoloji müayinə və müalicəsi həyata keçirilib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin Tibb İdarəsinin müxtəlif istiqamətlərdə yaradılan mobil səyyar qrupları tərəfindən şəxsi heyətin sağlamlığının qorunması məqsədilə profilaktik tədbirlər görülür.
Səyyar stomatoloji kabinetin həkim-mütəxəssisləri tərəfindən ağız boşluğunun sanasiyası, müayinə və müalicəsi, endodontik və lazer plomblarla estetik bərpa işləri görülüb.