AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Quru Qoşunlarının 2023-cü il üçün hazırlıq planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Güclü və modern Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur...davamıYenilməz qəhrəmandır Azərbaycan əsgəri!İşğaldan azad olunmuş ərazilərdəyik.
Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprelin 28-də rayon ərazisində yerləşən N saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Tərtər Olimpiya İdman Kompleksində start verilmiş kütləvi idman tədbirləri və Uşaq Gənclər Şahmat Məktəbində təşkil edilmiş viktorina, rəsm və əl işlərindən ibarət sərgilərə yekun vurulub.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.
Aprelin 27-də Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, zirehli transportyorların (ZTR) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə çalışmalar icra edilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.