Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2023 15:11

"Heydər Əliyev İli" çərçivəsində hərbi-vətənpərvərlik mövzusunda tədbirlər keçirilir - VİDEO

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən silsilə tədbirlər çərçivəsində bir qrup hərbi qulluqçu Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edib.
Burada hərbi qulluqçular tərəfindən qurbanlar kəsilib, ad günü olan uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və doğum günü tortu hədiyyə edilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan uşaq evinə Müdafiə Nazirliyi adından Ulu Öndərin portretinin əks olunduğu xalça hədiyyə edilib.
Uşaq evinin sakinləri ilə xatirə şəkilləri çəkdirildikdən sonra uşaqlar üçün əyləncəli proqram nümayiş etdirilib.
Silsilə tədbirlərdə azyaşlılarla hərbi-vətənpərvərlik işinin təşkili məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Əsrin Lideri” adlı Təsviri Sənət müsabiqəsi keçirilib.
Müsabiqənin açılışında Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra müsabiqədə iştirak edən şagird, kursant və hərbi qulluqçuların mövzuya dair çəkdikləri rəsm əsərləri təqdim olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərrənüm edən müsiqi nömrələri təqdim edilib.