Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının müdafiə nazirinin Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki 9 İyul 2022 09:06

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub 9 İyul 2022 08:37

İyulun 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə naziri Xocavənddə komandoların təlimini izləyib - VİDEO 8 İyul 2022 16:58

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib.

“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib 8 İyul 2022 14:02

Vətən Müharibəsində qazanılan şanlı Qələbədən sonra gənclərdə hərbi vətənpərvərlik hissinin daha da yüksəlməsi, hərbi peşəyə marağın artması nəticəsində Azərbaycan Ordusunda xidmət etmək istəyi ilə bağlı daxil olan müraciətlərin sayı günü-gündən artmaqdadır.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub 7 İyul 2022 18:20

İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun ilk buraxılışı olub - VİDEO 6 İyul 2022 15:42

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında Azərbaycan Ordusunun digər kateqoriyalardan olan hərbi qulluqçuları ilə yanaşı gizirlərinin də böyük xidmətləri olmuşdur.

“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - VİDEO 6 İyul 2022 13:57

Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Bakı Qaz Tikinti Detal” zavodunun bazasında yaradılan “N” hərbi hissəsi Azərbaycan Ordusunda mövcud tank və zirehli avtomobil texnikasının, raket-artilleriya silahlarının müharibə və sülh şəraitində əsaslı təmiri üzrə ixtisaslaşdırılıb.

"Azərbaycan Ordusu" qəzeti № 51 (2662) 6 İyul 2022 13:33

“Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”Müstəqilliyimizin qarantı olan ordumuzun qüdrətinin artırılması həmişə dövlət üçün prioritetdir, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzindədir.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub 6 İyul 2022 10:00

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir 6 İyul 2022 09:37

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.