Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2023 18:01

Hərbi qulluqçularla maarifləndirici tədbirlər keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri, Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri hərbi qulluqçuların və mülki işçilərin maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə hərbi hissələrdə görüşlər keçirib.

Keçirilən görüşlər zamanı “Ailə dəyərlərinin qorunması” və digər mövzularda fərdi və qrup şəklində ətraflı söhbətlər aparılıb, şəxsi heyətin qayğıları öyrənilib, onların həlli istiqamətində birgə səy göstərilməsinin əhəmiyyəti vurğulanıb.

Həyata keçirilən maarifləndirmə tədbirlərində hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.