Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub 2 Avqust 2022 19:25

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ölkəmizə qayıdıblar 2 Avqust 2022 12:18

Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar.

Hərbi liseyin 50 illik yubileyinə həsr edilən Azərbaycan kuboku uğrunda futbol yarışları başa çatıb - VİDEO 1 Avqust 2022 19:08

Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə C.Naxşıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr edilən futbol üzrə Azərbaycan kubokunun final mərhələsi keçirilib.

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb – VİDEO 1 Avqust 2022 18:37

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.2022-ci il üzrə təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar mərasimlər keçirilib.Mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələblərini, Azərbaycan Ordusunun qarşıda duran vəzifələri, eləcə də digər məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar.Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək.

Mühəndis bölmələri ilə praktiki məşğələlər keçirilir - VİDEO 1 Avqust 2022 12:19

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə praktiki məşğələlər keçirilir.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 31 İyul 2022 11:18

İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Həftəlik icmal (24.07.2022 - 31.07.2022) - VİDEO 31 İyul 2022 10:57

Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub 30 İyul 2022 20:45

İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər 30 İyul 2022 15:46

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu"nda iştirak ediblər.

"Azərbaycan Ordusu" qəzeti № 58 (2669) 30 İyul 2022 12:27

“Şuşada xidmət etdiyim üçün qürur duyuram” İşğaldan azad edilmiş doğma torpaqlarımızın hər bir qarışını gəzdikcə Müzəffər Ali Baş Komandanın qətiyyəti və mükəmməl sərkərdəliyi sayəsində ordumuzun xalqımıza qazandırdığı Böyük Qələbədən qürurlanırıq...davamı“Yaşatmaq yaşamaq deməkdir”Həkim adı müqəddəs və şərəflidir.