Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2023 17:39

"Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək hərbi qulluqçuları salamlayıb. Məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib. Onları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, gələcək xidmətlərində uğurlar diləyib.
Sonra Milli Müdafiə Universitetinin rektorunun müşaviri professor Talat Canbolat çıxış edərək hərbi təhsilin əhəmiyyətindən danışıb. Məzunlara təhsil müddətində yiyələndikləri bilik və bacarıqları gələcək xidmətlərində uğurla tətbiq etmələrini arzulayıb.
Tədbirdə kurs birincisi məzunlar adından çıxış edərək tədris müddətində göstərilən diqqətə görə Milli Müdafiə Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlığını bildirib. Göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz verib.
Sonra sertifikatlar təqdim olunub, fərqlənən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Buraxılış mərasimi hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə başa çatıb.