AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini və onun nəzdində fəaliyyət göstərən hərbi təhsil müəssisələrini ziyarət edib.
Cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin məsul vəzifəli şəxslərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan Ordusunda hərbi xidmətə yeni gələn çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib.
Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anadan olmasının 114 illiyinə həsr olunmuş tədbir keçirilib.
Yanvarın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrində xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətin maarifləndirilməsi və vətənpərvərlik nümunələrinin təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə "Birləşdik-2024" taktiki təlimi keçiriləcək.