Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2024 17:39

Azad olunmuş ərazilərdə hərbi polisin xidməti fəaliyyəti yüksək səviyyədə təşkil edilib

Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur.
Hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində, o cümlədən yeni qurulan stasionar və səyyar postlarda patrul xidməti həyata keçirilir, şəxsi heyətin yoxlanılması və qeydiyyatı, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir.
Həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müşayiəti həyata keçirilir, eləcə də günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular tərəfindən qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyinin yerinə yetirilməsinə nəzarət edilir.