Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2024 15:04

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO

Azərbaycan Ordusunun çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrində xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub.
Mühəndis bölmələri tərəfindən təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima  işlək vəziyyətdə saxlanması üçün zəruri tədbirlər həyata keçirilir.
Şəxsi heyətin və avtomobil kolonlarının təhlükəsizliyi üçün hərəkət məhdudlaşdırılıb, təminat yollarının qardan təmizlənməsi növbəli şəkildə icra olunur.
Qeyd edək ki, mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.