AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
2023-cü tədris ilini uğurla başa vuran Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib.
Əlahiddə Ümumqoşun Orduda növbəti gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Yanvarın 26-da Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat-taktiki fakültənin təkmilləşdirmə kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Orta Komanda Kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Cari ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev yeni tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir.
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini və onun nəzdində fəaliyyət göstərən hərbi təhsil müəssisələrini ziyarət edib.