Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2024 15:24

Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib.
Toplanışda tibbi hərbi hissə və müəssisələrinin komandirləri (rəisləri), qoşun (qüvvə) növlərinin tibb xidməti rəisləri və Müdafiə Nazirliyinin baş tibb mütəxəssisləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Toplanışda Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər barədə ətraflı məruzələr dinlənilib.
Həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi tibb müəssisələrində ixtisaslı tibb işçiləri tərəfindən hərbi qulluqçulara tibbi yardımın keyfiyyətli göstərilməsi, eləcə də şəxsi heyət arasında xəstəliklərin yayılmasının vaxtında qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqları iştirakçıların diqqətinə bir daha çatdırılıb.
Sonda hərbi tibb sahəsi üzrə mövzulara dair ətraflı müzakirələr aparılıb.