Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2024 10:42

Hərbi qulluqçumuz Çin Hərbi Akademiyasını fərqlənmə ilə bitirib

Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Orta Komanda Kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Elxan Fərzəliyev akademiyanı fərqlənmə ilə bitirərək qırmızı diploma və əlaçı döş nişanına layiq görülüb.
Qeyd edək ki, bu il ali hərbi təhsil müəssisəsində 55 ölkədən 73 xarici hərbi qulluqçu təhsil alıb.