Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar - VİDEO 10 May 2024 11:23

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təməli 1971-ci ildə Ulu Öndər tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları əbədiyaşar dahi liderin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar.

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib - VİDEO 10 May 2024 10:37

Mayın 10-da Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.

"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO 9 May 2024 17:13

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEO 9 May 2024 16:27

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub.

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib - VİDEO 8 May 2024 20:30

Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsinin yaranmasının ildönümü münasibətilə tədbir keçirilib.

"Azərbaycan Ordusu" qəzeti № 33 (2844) 8 May 2024 19:34

Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudurRespublikamızın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf, ilk növbədə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir...davamı“Bizim borcumuz onları yaşatmaqdır”XX əsrdə də böyük hərbi münaqişələr baş verib - bu əsrdə bəşəriyyət iki dünya müharibəsi görüb.

Türkiyənin MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir 8 May 2024 16:04

Türkiyə Respublikasının Milli Müdafiə Universitetin nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Hərbi qulluqçulara daimi mənzillərin verilməsi prosesi davam edir - VİDEO 8 May 2024 14:34

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi prosesi davam edir.

Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO 7 May 2024 18:26

Milli Müdafiə Universitetində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə qarşılıqlı işgüzar görüş keçirilib.

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb - VİDEO 7 May 2024 16:06

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.