Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub.
Bakı şəhərində keçirilən anım mərasimlərində, həmçinin Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədovun abidələri və "Qardaşlıq Məzarlığı" da ziyarət olunub.
Bundan başqa hərbi hissələrdə 9 May - Qələbə Günü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının şücaətindən danışılıb, onların əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.