Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2024 16:04

Türkiyənin MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Türkiyə Respublikasının Milli Müdafiə Universitetin nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
"Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələrini ziyarət ediblər.
HDQ-nin qərargahında keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Daha sonra türkiyəli nümayəndələr Milli Müdafiə Universitetinə gəliblər. Burada qonaqlara Universitetin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, təhsil prosesi barədə brifinq təqdim edilib.
Görüşdə, həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.