AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 10-da Ermənistan-Azərbaycan cəbhəsinin Füzuli rayonu sahəsində qoşunların təmas xəttində monitorinq keçirmək planlaşdırılır.
Fevralın 3-də saat 18:15-dən 19:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsinin 2.5 km şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini;- saat 18:45-dən 19:10-dək isə Goranboy rayonunun işğal olunmuş Talış kəndinin 8 km şimal-şərqində yerləşən mövqelərindən qoşunlarımızın həmin rayonun Qırmızısaqqallar kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Fevralın 2-də saat 12:00-dan 13:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsi ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini;- saat 16:45-dən 17:30-dək isə İcevan rayonunun Vazaşen yaşayış məntəqəsinin şərqində yerləşən mövqelərindən qoşunlarımızın Qazax rayonunun ərazisindəki Qarayal yüksəkliyindəki mövqelərini atıcı silahlardan, iriçaplı pulemyotlardan və qumbaraatanlardan atəşə tutmuşlar.
Yanvarın 31-də saat 09:05-dən 09:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun ərazisində yerləşən Paravakaryal yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Musaköy kəndi;- saat 22:00-dan 22:15-dək həmin rayonun Mosesqex yaşayış məntəqəsi istiqamətindən qoşunlarımızın Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Yanvarın 28-də saat 20:55-dən 22:05-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qırmızısaqqallar kəndi sahəsindəki mövqelərini atıcı silahlardan vaxtaşırı atəşə tutmuşlar.
Yanvarın 26-da saat 22:30-dan 22:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 27-də Brüssel şəhərində (Belçika Krallığı) NATO ordularının silahları üzrə qrupların görüşü keçiriləcəkdir.
Yanvarın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Jan Pyer Ginyütü və Fransanın Rusiya Federasiyası və Azərbaycandakı müdafiə məsələləri üzrə hərbi attaşesi II dərəcəli kapitan Jirar Udeni qəbul etmişdir.
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 25-dən 27-dək Haaqa şəhərində (Hollandiya) Hərbi protokol üzrə konfrans və yanvarın 25-dən 29-dək Oberomerqau şəhərində (Almaniya Federativ Respublikası) Avropada təhlükəsizlik uğrunda əməkdaşlıq üzrə kurslar keçirilir.
Yanvarın 24-də saat 14:45-dən 16:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonunun Şavarşavan yaşayış məntəqəsinin şimal-qərbindəki və saat 19:50-dən 19:55-dək İcevan rayonunun Voskepar yaşayış məntəqəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Fərəhli və Aşağı Əskipara kəndləri sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.