Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 2 Dekabr 2006 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il dekabrın 4-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 1 Dekabr 2006 00:01

Dekabrın 1-də Müdafiə Nazirliyində “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 2006-cı tədris ilinin yekunları və 2007-ci tədris ilində Silahlı Qüvvələrin qarşısında duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 23 Noyabr 2006 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 23-də saat 03:30-dan 04:20-dək Ağdam rayonunun işğal olunmuş Baş Qərvənd kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 22 Noyabr 2006 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 22-də Belarus Respublikasının Brest şəhərinə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 11 Noyabr 2006 00:01

ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 13-də Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 2 Noyabr 2006 00:01

ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 3-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 30 Oktyabr 2006 00:00

Oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 18:00-dan saat 18:25-dək Tovuz rayonunun Qaralar kəndinin 2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 17 Oktyabr 2006 00:00

Oktyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 23:20-dən saat 23:35-dək Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndinin 1 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin sahəsindəki üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 16 Oktyabr 2006 00:01

Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyası Gələcək Təhlükəsizlik və Müdafiə İmkanları Alt Komitəsinin Sədri cənab Vahid Ərdəmi və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 12 Oktyabr 2006 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 13-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.